Yolların və səkilərin buz bağlaması, həmçinin qar topaları ilə örtülü olması sakinlərin gediş-gəlişinə ciddi maneə yaradır
08-02-2012 / 17:30
Faktxeber.com-un verdiyi məlumata görə, Bakıda havanın hərarətinin – 11 dərəcəyə düşməsi paytaxtda həyatı iflic edib. Yolların və səkilərin buz bağlaması, həmçinin qar topaları ilə örtülü olması sakinlərin gediş-gəlişinə ciddi maneə yaradır. Şəhərdə qartəmizləyən maşınlar da gözə dəymir. O cümlədən, Bakı sakinlərinin ən çox istirahət etdikləri parklardan olan Milli Park da demək olar ki, donub. Parkda istirahət edən vətəndaşlara rast gəlinmir. Küləyin qarı sovurması nəticəsində bütün pilləkanlar qarla örtülüb. Milli Parka keçidi təmin edən yeraltı keçidlərin döşəməsinin mərmərdən olması keçidləri keçilməz edib. Yeraltı keçidlərdəki eskalatorlar da “donub”, işləmir. Parkda cəmi bircə Bakı Bulvar İdarəsinin qartəmizləyən maşını işləyir. Ticarət obyektləri və aktraksionlar fəaliyyətini dayandırıb və qarın altında qalıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.