Özünəməxsus SOS siqnalını eşidən yaxınlıqdakı digər tərəvəzlər öz yarpaqlarında toksik maddələri artırırlar, beləliklə də, ziyanvericini özlərindən uzaqlaşdırırlar
08-02-2012 / 16:54
Faktxeber.com-dan verilən məlumata görə, Britaniyanın Ekseter Universitetinin bioloqları bitkilərin, əsasən də tərəvəzlərin öz aralarında rabitə yaratdığını sübut edə biliblər. Onlar floranın bir nümayəndəsinin digərlərini baş verəcək təhlükə barədə xəbərdar etdiyini lentə alıblar.
Alimlər bitklərin daim öz aralarında, əsasən də nəsə bir təhlükə gözlənildikdə söhbət apardıqlarını əvvəllər də deyirdilər. Bütün bu iddiaları sübut etmək üçün araşdırma qrupu kələmin DNT-sini bir qədər dəyişərək, bitkinin tərkibindəki lüsiferaza adlı zülalı artırıblar. Qeyd edək ki, işıldaquşlar bunun sayəsində gecə qaranlıqda işıq saçırlar.
Sonra kələmin bir yarpağını kəsiblər. Bu zaman ondan xüsusi metil qazı ifraz edilib.
Alimlərin sözlərinə görə, elə məhz bu tərəvəzlərin söhbətidir. Bu maddənin köməyi ilə bitkilər bir-birlərini baş verəcək təhlükə barədə məlumatlandırırlar.
Özünəməxsus SOS siqnalını eşidən yaxınlıqdakı digər tərəvəzlər öz yarpaqlarında toksik maddələri artırırlar, beləliklə də, yarpaqlara zərər verəcək hər hansı ziyanvericini uzaqlaşdırırlar.
Araşdırmaçılar təkcə tərəvəzlərin deyil, ağac və çiçəklərin də öz aralarında söhbət etdiyini bildirirlər.
Fenomenal kəşfə baxmayaraq, bioloqlar hələ işin başında olduğun deyirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.