Şirkət mobil qurğu bazarında rəqabətə davamlılığı artırmaq üçün təxminən 4000 işçisini çıxaracaq
08-02-2012 / 16:06
“Onliner.by” resursunun məlumatına əsasən, "Nokia" şirkəti Finlandiya, Macarıstan və Meksikada yerləşən zavodlarının strukturunun yenidən qurulması üzrə planları haqqında danışıb. Şirkət mobil qurğu bazarında rəqabətə davamlılığı artırmaq üçün təxminən 4000 işçisini çıxaracaq. İşçilərin ixtisarı 2012-ci ilin sonuna kimi mərhələ üzrə həyata keçiriləcək.
"Nokia" rəhbərliyi işdən çıxarılan əməkdaşlarını maliyyə cəhətdən dəstəkləməyə hazır olduğunu bildirib.
Bundan əlavə, "Nokia" şirkəti mobil qurğuların quraşdırma istehsalını tamamilə Asiyaya keçirtməyi planlaşdırır. Şirkətdən hesab edirlər ki, bu addım bazara yeni məhsulları daha sürətli çıxarmağa imkan verəcək. Nəticədə rəqabətədavamlılıq daha yaxşı olacaq.
"Nokia" şirkəti mobil telefon istehsalı, mobil telefonlar və cib fərdi kompyuterləri üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşıb. Şirkətdə çalışanların sayı 123 mini ötür. Şirkətin məhsulları 160 ölkədə təqdim edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.