Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə gedib
08-02-2012 / 15:35
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Brüsselə gedib. Bu barədə FaktXeber.com-a nazirliyin mətbuat katibi Elman Abdullayev məlumat verib.
O deyib ki, nazir E.Məmmədyarov fevralın 9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək. E.Məmmədyarov konfransda məruzə edəcək və nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.