Ekvadorda yaşayan iki jurnalist, ölkə başçısı Rafael Korreananın iddiası əsasında 1 milyon dollar miqdarında cərimə olunublar
08-02-2012 / 15:27
FaktXeber.com-un verdiyi məlumata görə, Hakim Mersedes Portilla tərəfindən cəzalandırılan Xuan Karlos Kalderon və Kristian Zuritanu, Ekvador prezidenti Korreanaya böhtan atmaqda ittiham olunurlar. 2010-cu ildə satışa çıxarılan "The Big Brother (Böyük Qardaş)" kitabı məhz bu iki jurnalist tərəfindən qələmə alınıb. Kitabda Rafael Korreanın böyük qardaşı Fabrikio Korreanın dövlətdən 600 milyon dollarlıq sərvət mənimsədiyi qeyd olunub.
Qeyd edək ki, media hüquq müdafiəçiləri prezidentin atdığı bu addımı azad mediaya qarşı təzyiq və basqı kimi qiymətləndiriblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.