NAZİR ŞAXTALI HAVANIN MÜSBƏT TƏSİRLƏRİNDƏN DANIŞDI
Nazir şaxtalı hava şəraitinin kənd təsərrüfatına müsbət təsir edəcəyini düşünür
08-02-2012 / 15:15
FaktXeber.com xəbər verir ki, kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycanda son günlər müşahidə edilən şaxtalı,qarşı hava şəraitinin kənd təsərrüfatına müsbət təsir edəcəyini düşünür. Nazir bu gün jurnalistlərə açıqlamasında belə hava şəraitinini bitkiçilik, əsasən taxıl sahəsi üçün çox əlverişli saydığını deyib. "Çünki torpağın münbitrliyi artıq, digər tərəfdən təbiətin özü ziyanvericilərlə mübarizə aparır".
İ.Abasovun sözlərinə görə, bu il Azərbaycanda 2,5 milyon ton taxıl istehsalı gözlənilir. Bu, ötən ilin göstəricisini 500 min ton üstələyir. Ölkənin ehtiyacı isə 3-3,2 milyon tondur. “Çatışmayan hissə digər ölkələrdən idxal ediləcək".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.