Ramin Bayramov və vəkil Ramil Məmmədov arasında yeni müqavilə imzalanıb
08-02-2012 / 15:03
FaktXeber.com xəbər verir ki, illi Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov və vəkil Ramil Məmmədov arasında yeni müqavilə imzalanıb.
Bu barədə vəkil R.Məmmədov məlumat verib. O deyib ki, bundan sonra baş redaktorun məhkəmədə də hüquqlarını müdafiə edəcək.
Qeyd edək ki, Ramin Bayramov avqustda həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.
Respublika Narkoloji Dispanseri Ramin Bayramov haqqında rəy verib. Rəyə görə, o, narkotik maddə istifadəçisi deyil.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.