Honq Konqda ikinci dəfə uşaq sahibi olan çinlilər cəzalandırılacaqlar
08-02-2012 / 14:29
FaktXeber.com-un verdiyi məlumata görə, Çində əhalinin sayının qarşısının alınması ilə bağlı yeni cəza qanunları tətbiq ediləcək. Belə ki, bundan sonra ailələr ikinci övlada görə cəzalandırılacaqlar. Bu qanun əsasən Çinin Honq-Konq ərazisində tətbiq olunacaq. Çinin rəsmi mətbuatında yayılan məlumata görə, bu qanunun Honq-Konqda tətbiq olunmasının əsas səbəbi, qadınların övlad dünyaya gətirməsi üçün bu şəhərə axın etməsidir. Qanuna görə əgər ikinci övladı olan şəxsin ailə üzvləri hər hansı bir rəsmi vəzifədə çalışsalar həmin anda vəzifələrindən azad ediləcəklər. Çinli rəsmilər son bir neçə ay ərzində Honq-Konqda övlad dünyaya gətirən bir neçə ailəni cəzaladırdıqlarını bildiriblər. Hong Kong Statistika İdarəsinin açıqladığı məlumata görə, şəhərdə 2010-cu ildə 88 min körpə doğulub. Dünyaya gələn körpələrdən 41 mini Çinin digər bölgələrindən gələn ailələrin payına düşür.
Qeyd edək ki, Çində tətbiq olunan tək uşaqlıq və ailə planlama siyasəti 1979-cu ildən qüvvəyə minib və son vaxtlar çinlilərin şikayətlərinə rəğmən qismən qanunun tətbiq olunmasında yumşalmalar müşahidə olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.