Bakıda rekord səviyyədə - 11 dərəcə şaxta qeydə alınıb
08-02-2012 / 14:22
FaktXeber.com xəbər verir ki, Bakıda bu gün səhər saatlarında soyuq hava temperaturu rekord həddə - 11 dərəcəyə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, şaxtalı hava şəraiti davam edəcək, güclü şimal-qərb küləyi əsəcək, müəyyən vaxtlarda qar və çovğun olacaq.
Keçən gecə temperatur 6-10, gündüz isə 4-6 dərəcə şaxta müşahidə edilib, yollar buz bağlayıb.
Fevralın 9-da qar yağacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Gecə havanın temperaturu mənfi 8-13 dərəcəyə düşəcək. Sabah günorta saatlarından sonra hava bu günə nisbətən daha mülayim olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.