Bakıda güclü partlayış baş verib. Yanğından mühafizə xidmətindən FaktXeber.com-a verilən məlumata görə, partlayış Babək prospektində NZS qəsəbəsi yaxınlığında Qaz Emalı Zavodunun qarşısında baş verib. Partlayış qaz daşıyan yük maşınında qeydə alınıb. Partlayışdan sonra maşın alışaraq yanmağa başalayıb. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın yollanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.