SURİYA TÜRK CASUSLARINI GERİ QAYTARMAQ ÜÇÜN ŞƏRT İRƏLİ SÜRDÜ
Türkiyə Suriyada ələ keçirilimiş 49 türk casusunun geri qaytarılmasına səy göstərir
08-02-2012 / 13:53
FaktXeber.com-un “Shamfm” radiosuna istinadən verdiyi məlumata görə, bir müddət öncə Suriyada 49 türk kəşfiyyatçısının aşkarlanaraq həbs olunduğu barədə məlumat vermişdik. Hal hazırda Türkiyə höküməti sözügedən kəşfiyyatçıların azad olunması və geri qaytarılması üçün səylərini artırıb. Suriya höküməti isə onların qaytarılması üçün 3 şərt irəli sürüb. Radionun verdiyi məlumata görə, o 3 şərt bundan ibarətdir:
1- “Azad Ordu” kimi tanınan qruplaşma üzvlərini, habelə bu ölkə əleyhinə fəaliyyət göstərən hazırda isə Türkiyəyə qaçmış suriyalı hərbçilərin geri qaytarılması.
2- Rəsmi Ankara öhdəlik götürməlidir ki, bu ölkədə Suriya əleyhinə olan dəstələrə döyüş təlimləri keçirilməsin və bu kimi dəstələrin Türkiyə sərhədlərini pozaraq ölkəyə daxil olamsına mane olsun.
3- Tərəflər arasında müşahidəçilik və vasitəçilik rolunu İran oynasın.
Verilən məlumatlara görə, bir neçə gün öncə Türkiyə Kəşfiyyat İdarəsinin məmurları məsələ ilə əlaqədar məxfi şəkildə Suriya rəsmiləri ilə görüş keçiriblər. Amma görüşdə hər hansı bir müsbət nəticə əldə olunmayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.