FHN QAZ KƏMƏRİNDƏ BAŞ VERƏN PARTLAYIŞLA BAĞLI MƏLUMAT YAYIB
FHN Bakıda magistral qaz kəmərində baş verən partlayışla bağlı məlumat yayıb
08-02-2012 / 13:52
Fövqəladə Hallar Nazirliyi Bakıda magistral qaz kəmərində baş verən partlayışla bağlı məlumat yayıb.
FaktXeber.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Qaz Emalı Zavodundan Hacıqabul-Kalmaz sahəsinə gedən diametri 720 mm olan magistral qaz kəmərində qəza baş verib. Qəzanın nəticələri zavodun işçiləri tərəfindən saat 07:30-da aradan qaldırılıb. Qəzanın nəticələri aradan qaldırılana qədər Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkiblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.