HİNDASTANIN ÜÇ NAZİRİ ƏXLAQSIZLIĞA GÖRƏ QOVULDU (foto)
Maraqlıdır ki, nazirlərdən biri hökumətdə qadın və uşaqların hüquqlarının müdafiəsi məsələləri ilə məşğul idi
08-02-2012 / 13:58
Faktxeber.com-dan verilən məlumata görə, Hindistanın Karnataka ştatında 3 nazir istefa verməyə məcbur olub. Səbəbi isə dövlət idarəsində əxlaqsız filmə baxmaları olub.
Qeyd edək ki, nazirlərdən biri hökumətdə qadın və uşaqların hüquqlarının müdafiəsi məsələləri ilə məşğul idi.
Yerli telekanallardan yayımlanan görüntülərdə elə Assambleyanın iclasında nazirlərdən birinin öz mobil telefonda ehtmal ki, əxlaqsız videorolikə baxması, sonra isə bunu digər həmkarları ilə paylaşması göstərilib.
Nazirlərin hər üçü onlara qarşı səsləndirilən ittihamları rədd edir.
Qeyd edək ki, hər üçü məmur Hindistan Xalq Partiyasının nümayəndələridir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.