Rusiya baş naziri Vladimir Putin, sabiq prezident Boris Yeltsinin tarixdə çox səhv etdiyini, ancaq Rusiyaya azadlıq gətirdiyini söyləyib
08-02-2012 / 13:14
FaktXeber.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskva Texniki Muzeyində öz tərəfdarları ilə görüşən Putin ətrafdakıların suallarını cavablandırıb. Putin, prezident seçiləcəyi təqdirdə hökumətdə dəyişiklik edəcəyinə söz verib.
Putin Moskvanın Şimal seçki bölgəsinə nəzarət edən Nina Larionovanın, "Yeltsinin iştirak etdiyi toplantılardan utanıram. Mən iştirak etdiyim beynəlxalq konfranslarda ölkəmin rəhbərliyindəki adamın sərxoş olmasını görəndə ağlayırdım", sözlərini Putin cavablandırıb.
"Rəhbərlik işləməklə əldə edilmir. Bu asan deyil. Həqiqətən də bəzən yuxusuz gecələr olur, problemlər və bu problemləri düşünmək, həll etmək məcburiyyətində qalırsan. Yeltsinə də asan olmayan bir çox problemlər olub. Amma o çox şey etdi, yəni bizə azadlıq verdi. Bu çox əhəmiyyətlidir. Çox səhv etdi. Bəzi şeylərin keçici dəyərlər olduğunu düşünmürəm.", - deyərək Yeltsini müdafiə edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.