Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"
08-02-2012 / 12:51
Prezident İlham Əliyevin Almaniyanın Münxen şəhərində iştirak etdiyi konfransda etdiyi çıxış Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Xüsusilə prezidentin “Azərbaycan çoxpartiyalı sistemdir, parlamentdə 10 partiya təmsil olunur” deməsi cəmiyyətdə müəyyən fikir ayrılığı yaradıb. Həmin 10 partiyanı Azərbaycanda tanıyan varmı? Onların ölkənin siyasi həyatında fəaliyyəti nə qədərdir? Partiyaların maliyyələşməsi məsələsi reallaşa bilərmi?
Məsələ ilə bağlı Faktxeber.com-un suallarını Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı cavablandırıb: “Azərbaycanda seçkilərdən sonra “çoxpartiyalı sistem” sözünün işlədilməsi seçkini izləyən beynəlxalq təşkilatlarda ironiya hissi yaradıb. Çünki həm hakimiyyət, həm də beynəlxalq təşkilatlar həmin partiyaların hansılar olduğunu, onların Azərbaycanın siyasi həyatında hansı rol oynadığını gözəl bilir. Həmin partiyalar YAP-a YAP-ın qələbəsini dəstəkləmək üçün lazımdır. Onların fəaliyyəti seçkidən sonra YAP-ı təbrik etməkdən, Milli Məclisin iclaslarında hamının dediklərini bir az da şişirdib deməkdən ibarətdir. Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq. Seçkilərdən sonra bütün partiyalar maliyyələşdirilməlidir. Hazırkı durumda həmin 10 partiyanın parlamentdə olub-olmamasının heç bir əhəmiyyəti yoxdur”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.