Bakıda silahlı insident baş verib, bir nəfər güllələnib
08-02-2012 / 12:40
FaktXeber.com xəbər verir ki, hadisə fevralın 7-də qeydə alınıb. Bu barədə Xətai rayon Polis İdarəsindən bildirilib.
Xətai rayon sakini Müqabil Əliyevin evinə qonaq gələn qohumu, Beyləqan rayon sakini İsmayıl Hümbətov münaqişə zəminində ov tüfəngindən atəş açaraq ev sahibinə xəsarət yetirib. İ. Hümbətov daha sonra hadisə yerindən qaçıb. Müqabil Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində tədbirlər görür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.