ARGENTİNA PREZİDENTİ FOLKLEND ADALARINA GÖRƏ BMT-YƏ MÜRACİƏT EDƏCƏK
Kristina Fernandes de Kirşner adıçəkilən ərazilərdə Britaniyanın "Dontless" esminesinin saxlanılması beynəlxalq təhlükəsizliyə hədə olduğunu bildirib
08-02-2012 / 12:13
Faktxeber.com-un verdiyi məlumata görə, Argentinə prezidenti Kristina Fernandes de Kirşner Böyük Britaniyanın fəaliyyətini Cənubi Atlantikanı hərbiləşməsi adlandıraraq, bununla əlaqədar BMT-yə rəsmi şikayət edəcəyini bildirib.
Öz müraciətində o, XXI əsrdə müstəmləkə saxlamağı anarxiya adlandırıb və deyib ki,adıçəkilən ərazilərdə Britaniyanın «Dontless» esminesinin saxlanılması beynəlxalq təhlükəsizliyə hədədir.
Kirşner Argentinanın Malvin adaları adlandırdıqları əraziyə şahzadə Uilyamın gəlməsini də kəskin tənqid edib.
Xatırladaq ki, 30 il əvvər hər iki ölkə arasında adalara görə hərbi münaqişə yaşanmışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.