Türkiyə Cümhuriyyəti Baş prokuroru Çolakkadı MİT rəhbərinin istintaqa çağırılması ilə bağlı açıqlama verib
08-02-2012 / 11:49
FaktXeber.com-un "Anadolu Ajans"a istinadən verdiyi məlumata görə, Türkiyə Cümhuriyyəti Baş prokuroru Turan Çolakkadı, xüsusi səlahiyyətli İstanbul Cümhuriyyət Baş Prokurorluğunun icra etdiyi KCK istintaqı daxilində MİT rəhbəri Hakan Fidanın istintaqa çağırılması iddiasıyla əlaqədar açıqlama verib.
Baş prokuror Çolakkadı, bir prokurorun bu cür istintaq aparması vəziyyətində baş prokurora məlumat verəcəyini söyləyərək, ''İstanbul Cümhuriyyət Baş Prokurorluğunun iş təlimatı bunu tələb edir. Ancaq bu barədə hər hansı bir məlumatımız yoxdur. Hesab edirəm ki, olsa verilərdi. Bu barədə bizə məlumat verilməyib. Əgər bu xəbər doğrudursa, o zaman bizə məlumat verilmədən həyata keçirilib'' deyə bildirib.
Jurnalistin, ''bəs sizin xəbəriniz olmadan çağırıla bilərmi'' sualına cavab olaraq baş prokuror Çolakkadı, ''Eşitmədiyimiz bir şeyə necə "var" deyək? Əhəmiyyətli mövzularda adətən məlumat verirlər. Prokuror əhəmiyyətli hesab etməyibsə, deyə bilmərəm'' söyləyib.
Xüsusi səlahiyyətli İstanbul Cümhuriyyət baş prokurorunun I müavini Fikrət Seçen isə məsələni təkzib edərək, ''elə bir şey yoxdur'' deyib.
***
Son məlumatlara görə, İstanbul Cümhuriyyət baş prokuroru Fikrət Seçən, Milli Kəşfiyyat İdarəsi (MİT) məsləhətçisi Hakan Fidan ilə 2 MİT rəsmisini KCK istintaqı daxilində sabah ifadəyə çağırıldığını bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.