NEFTİN QİYMƏTİNDƏ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏ DƏYİŞMƏLƏR OLUB
08-02-2012 / 11:27
FaktXeber.com-un verdiyi məlumata görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişikliklər olub.
Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 93 sent ucuzlaşaraq 96,91 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 1,35 dollar bahalaşaraq 115,93 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 3,38 dollar artaraq 119,52 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.