Artıq bundan sonra hər hansı bir ölkə raket buraxarsa, qarşı tərəfi xəbərdar edəcək
08-02-2012 / 11:15
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya və ABŞ qitələrarası raketlərin buraxılması zamanı qarşı tərəfin xəbərdar olunması ilə bağlı razılığa gəliblər.
Sənəd 24 yanvar - 7 fevral 2012-ci il tarixlərində Cenevrədə SNV-3 müqaviləsinə əsasən keçririlən növbəti ikitərəfli məsləhətləşmələr zamanı imzalanıb.
Sənədin şərtlərinə əsasən tərəflər bir-birinə verəcəyi informasiya mübadiləsinin həcmini razılaşdırıblar. Bundan əlavə 2012-ci il ərzində Rusiya və ABŞ sınaqdan keçirəcəyi ballistik raketlərin sayı və vaxtı barədə qarşı tərəfi məlumatlandıracaqlar.
Qeyd edək ki, SNV-3-ün şərtlərinə görə, komissiyaların iclası ildə iki dəfədən az olamayaraq keçirilir. Bu müqavilə Rusiya və ABŞ arasında 2010-cu ilin yazında bağlanıb və 2011-ci ildən qüvvəyə minib. Sənəd tərəflərin 1500 ədəddən artıq olmamaq şərtilə nüvə başlığı saxlamağa icazə verir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.