Məşhur tarixçi Barri Landau Amerika prezidentlərinin tarixi sahəsində mütəxəssisdir
08-02-2012 / 11:08
Faktxeber.com-un verdiyi məlumata görə, məşhur amerikalı tarixçi Barri Landau dəyərli tarixi sənədləri satmaq üçün oğurlamaqda ittiham edilir.
Landau Amerika prezidentlərinin tarixi sahəsində mütəxəssisdir.
Onun 24 yaşlı assisenti də bu məsələ ilə əlaqədar ittiham olunur.
Qeyd edək ki, ötən ilin yayında onun Nyu-Yorkdakı mənzilində onlarla sənəd aşkarlanmışdı. Bunların içərisində Avraam Linkolkn və Benjamin Franklin tərəfindən imzalanmış olanlar da var idi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.