PAKİSTANDA ABŞ PİLOTSUZ TƏYYARƏSİNİN HÜCUMU NƏTİCƏSİNDƏ 10 NƏFƏR HƏLAK OLUB
2 raketin zərbəsi nəticəsində bina tamamilə yanıb
08-02-2012 / 10:58
Faktxeber.com-un verdiyi məlumata görə, Pakistanda ABŞ pilotsuz təyyarəsinin silahlı qruplaşma üzvlərinin qaldığı ehtimal olunan binaya hücumu nəticəsində azı 10 nəfər həlak olub.
Pakistan hökuməti terrorçuların Şimali Vəziristanın paytaxtı Miranşah şəhərinin 10 km-də yerləşən Tappi kəndində gizləndiyini bildirib.
Onların sözlərinə görə, 2 raketin zərbəsi nəticəsində bina tamamilə yanıb.
Qeyd edək ki, 2011-ci il ərzində ABŞ pilotsuz təyyarələri Pakistanın sərhədyanı ərazilərinə 64 aviahücum edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.