Şirkət gəlirini 2011-ci ilin son rübündə 1 milyard 950 milyon dollar artırıb
07-02-2012 / 18:18
FaktXeber.com-un verdiyi məlumata görə, Yaponiyanı ötən il sarsıdan zəlzələ və sunamiyə görə çətin bir dövr keçirən "Toyota", satış həcmini bərpa edə bilib.
Dünyanın ən böyük avtomobil şirkəti olan "Toyota", 2011-ci ilin son rübündə qazancını gözlənilməz şəkildə - 51 faiz artıraraq 1 milyard 950 milyon dollar gəlir əldə edib.
"Toyota", martın sonunda başa çatacaq maliyyə ili üçün gəlir gözləntisini isə 35 faiz artıraraq 3.5 milyard dollara yüksəldib. Ancaq bu yeni gözlənti bazar təxminlərindən aşağıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.