Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Suriya mövzusunda yeni bir beynəlxalq layihə başladacaqlarını söyləyib
07-02-2012 / 18:02
FaktXeber.com-un verdiyi məlumata görə, partiyasının qrup toplantısında çıxış edən Ərdoğan, Türkiyə üçün sıravi bir qonşu olmadıqlarını vurğulayıb. O, Suriyada baş verənlərə qarşı səssiz qala bilməyəcəklərini, Suriya xalqına kürəklərini çevirməyəcəklərini qeyd edib. Suriya lideri Bəşər Əsədə "getdiyin yol, yol deyil, dalandır" söyləyən Ərdoğan, "Suriyada baş verənlər insanlıq dramıdır. Suriya dünyada hər kəs üçün bir səmimiyyət testidir" deyib.
O, BMT-də Suriyayla əlaqədar qanununun veto edilməsini də fiasko adlandıraraq, "Suriyada sülhün və sabitliyin təmini üçün səy göstəririk. Suriya rəhbərliyinin deyil, xalqının yanında yer alacaq ölkələrlə əməkdaşlıq başladacağıq. Bu işlər üçün hazırlıq aparırıq. Ərəb Liqasının cəhdlərini dəstəkləməyə davam edəcəyik" fikirini səsləndirib.
Xatırladaq ki, Ərəb Birliyinin Suriya lideri Əsədin vəzifəsini köməkçisinə təhvil verərək rəhbərlikdən çəkilməsi çağırışını dəstəkləyən BMT qərara Təhlükəsizlik Şurasının iclasında Rusiya və Çin tərəfindən veto qoyulmuşdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.