Özlərini su idarəsinin əməkdaşları kimi təqdim edən qrup ifşa olunub
07-02-2012 / 17:47
FaktXeber.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari il yanvarın 30-dan fevralın 6-dək olan müddət ərzində Sabirabad rayon sakinləri Telman Zeyniyev, əvvəllər məhkum olunmuş Cabbar Mehdiyev və Kürdəmir rayon sakini Salman Əsədov özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək, Bakıxanov qəsəbə sakinləri Mahir Əhmədovun, Xuraman Xubiyarovanın, Elmira Eminovanın, Aleksandra Qarşkovanın, Şövkət Məhərrəmovanın və Lətifə Əsədovaının etimadlarını qazanaraq onların hər birindən 50 manat pul alıblar.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər üçü şübhəli şəxs qismində saxlanılıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.