Tətil edən polislər maaşlarının 30 faiz artırılmasını istəyirlər
07-02-2012 / 17:46
Braziliyanın Bahia vilayətində tətil edən polis işçiləri etiraz üçün toplaşdıqları məclis binasının qarşısından onları uzaqlaşdırmağa çalışan əsgərlərlə dalaşıblar.
FaktXeber.com-un verdiyi məlumata görə, əsgərlər, iş şərtləri və maaşlarının artırılmasını tələb edən tətilçi polis işçiləri və ailələrinə plastik güllə ilə atəş açıblar.
Polislərin ikinci dəfə tətilə başladığı son 24 saat ərzində Bahia əyalətinin mərkəzi olan Salvadorda cinayətlərin sayı 100 faiz artıb.
Qeyd edək ki, Braziliyanın üçüncü böyük şəhəri olan Salvador, 2014-cü il Dünya Kuboku oyunlarının keçiriləcəyi stadionlardan birinə ev sahibliyi edir.
Hökumət, Bahianın 30 min nəfərdən ibarət polis işçisinin təxminən üçdə birinin tətilə qatıldığını söyləyir. Polislər maaşlarının ən azı 30 faiz artırılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını istəyirlər. Tətilin liderlərindən olan Markos Prisko, tələbləri qəbul edildiyi an iş başına dönəcəklərini, ancaq hal-hazırdakı şərtlər altında işi rədd etdiklərini söyləyib.
Bahia qubernatoru Jaques Wagner isə tətilin qeyri-qanuni olduğunu söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.