REPORTYORLARIN AZADLIĞI VƏ TƏHLÜKƏSİZLİYİ İNSTİTUTU BAĞLANA BİLƏR
Emin Hüseynov: ""Azərbaycan" qəzetində bizim əleyhimizə silsilə məqalələr dərc olunub"
07-02-2012 / 16:06
FaktXeber.com xəbər verir ki, bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov mətbuat konfransı keçirib. O, mətbuat konfransında RATİ-yə olunan təzyiqlərdən danışıb: “Bizə və partnyorlarımıza qarşı təzyiqlər başlanıb. Belə təzyiqlər dəfələrlə olub, sonuncu təzyiq isə bizim “Sing for democracy” təşkilatı ilə partyorluğumuz başlayandan indiyə qədər davam edir. Qeyd edim ki, RATİ 2006-cı ildən fəaliyyət göstərir və Ədliyyə Nazirliyində qeyri-kommersiya obyekti kimi qeydiyyatdan keçib. Fəaliyyətimiz dövründə beynəlxalq təşkilatların diqqətini Azərbaycanda insan haqqlarının vəziyyətinə cəlb edə bilmişik. Odur ki, hakimiyyət bizə qarşı “qara piar” kampaniyasına başlayıb. “Azərbaycan” qəzetində bizim əleyhimizə silsilə məqalələr dərc olunub. Ötən həftənin cümə günü mənim ünvanıma Ədliyyə Nazirliyi tərəfindən törətmədiyimiz nöqsanlara görə, rəsmi xəbərdarlıq məktubu göndərilib. Məktubda qeyd olunur ki, guya mən bir neçə dəfə sədr seçildiyim vaxtlarda Ədliyyə Nazirliyinə məlumat verməmişəm. Amma faktiki olaraq, hər dəfə sədr seçiləndə Ədliyyə Nazirliyinə rəsmi sənəd yollamışam və nazirlik təsdiq edib. Qanuna görə, QHT-yə iki dəfə xəbərdarlıq edildikdən sonra Ədliyyə Nazirliyi həmin QHT-nin bağlanması haqqında məhkəmədə iddia qaldıra bilər. Biz bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət edəcəyik”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.