İranın paytaxtı Tehranda qadın nindza məktəbi bu günə qədər 3 min 500 döyüşçü yetişdirib
07-02-2012 / 15:53
FaktXeber.com xəbər verir ki, İran Dövlət Televiziyası Press TV, İranın hücuma məruz qalması təqdirdə düşmənləri qarşılayacaq güclərdən birinin də 3 min 500 nəfərdən ibarət qadın nindza ordusunun olduğunu bildirib. Press TV-nin xəbərinə görə, paytaxt Tehranda qadın nindza məktəbi bu günə qədər 3 min 500 döyüşçü yetişdirib. Kurslardakı qadın tələbələrə müdafiə hərəkətləri ilə yanaşı, qılınc, zəncir və digər təhlükəli soyuq silahlardan istifadə qaydaları öyrədilir. 1989-cu ildən açılan kurslara rəğbətin getdikcə artmasına səbəb kimi İsrailin son zamanlarda İran üzərindəki təzyiqi artırması göstərilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.