MAKKEYN YENƏ TWİTLƏDİ: "SEVİMLİ VLAD, "ƏRƏB BAHARI" YAXIN QONŞUNDADIR"
Andrey Vorobyov: "Rusiya xalqı amerikalı səlahiyyətlilər başda olmaqla, xaricilərin daxili işlərimizə müdaxiləyə qarşı diqqətli olmalıdır"
07-02-2012 / 15:49
FaktXeber.com-un verdiyi məlumata görə, amerikalı senator Con Makkeyn, Rusiyanın baş naziri Vladimir Putinə Twitterdən "Ərəb baharı" xəbərdarlığını edib.
Ötən həftənin sonunda Moskvada on minlərlə insanın qatıldığı müxalif aksiyalar və Orta Şərqdə baş verən hadisələri xatırladan Makkeyn Twitter səhifəsində, "Sevimli Vlad, "Ərəb baharı" sənin ən yaxın qonşuna çatıb" yazıb. Makkeyn mesajına Putin əleyhdarlarının qatıldığı nümayişlə əlaqədar "New York Times"da dərc olunan məqaləni də əlavə edib.
Makkeynin Twitinə Birləşmiş Rusiyanın millət vəkillərindən iki ayrı cavab verilib. Partiyanın Duma başçısı Andrey Vorobyov Makkeynin şərhini "təxribat" kimi xarakterizə edib və Rusiya xalqından amerikalı səlahiyyətlilər başda olmaqla, xaricilərin daxili işlərinə müdaxiləsinə qarşı diqqətli olmalarını istəyib.
Birləşmiş Rusiyanın rəhbər köməkçisi İrina Yarovaya da partiyanın internet saytından verdiyi açıqlamada, Makkeynin yazdığı Twitin, ABŞ-ın "Narıncı inqilab" ixrac etmək səyinin de-fakto qəbulu mənasını verdiyini söyləyib.
Qeyd edək ki, Makkeyn 4 dekabr 2011-ci ildə keçirilən Duma seçkilərindən dərhal sonra başlayan etiraz aksiyalarına dəstək məqsədiylə Twitterdən "Sevimli Vlad, diqqətli ol "Ərəb baharı" sizin məhəlləyə yaxınlaşır" xəbərdarlığını etmişdi.
Makkeynə cavab verən Birləşmiş Rusiyanın lideri Boris Qrızlov isə amerikalı senatoru möcüzələr diyarındakı çaşqın dovşana bənzətmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.