AZƏRBAYCANDAN TÜRKİYƏYƏ VERİLƏN QAZ DAYANDIRILIB - (Yenilənib)
Azərbaycandan Türkiyəyə verilən təbii qaz, texniki qəzaya görə dayandırılıb
07-02-2012 / 15:43
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, texniki qəzaların baş verməsinə görə, Azərbaycandan Türkiyəyə qaz nəqli dayandırılıb. İrandan gələn qaz da isə azalma müşahidə olunub.
Hər iki ölkədə kompressor stansiyalarında baş verən texniki qəzaya görə Azərbaycandan Türkiyəyə gələn qaz kəsilib, İrandan gələn qaz isə bir qədər azalıb.
***
Azərbaycan qazında yaranan problemlə bağlı açıqlama verən SOCAR Türkiyə nümayəndəsi Kənan Yavuz, problemin Şahdəniz platformasında baş vermiş qəzadan yarandığını söyləyib.
Kənan Yavuz bildirib ki, baş vermiş qəzanın fəsadları bu gün axşam və ya sabaha qədər ardan qaldırılacaq.
Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycandan nəql olunan qazda yaranan problem ilə əlaqədar açıqlama verib: "Beş ayrı ölkdən təbii qaz qəbul edirik. Rusiya, Ukrayna, Rumıniya və Bolqarıstandan. Azərbaycan tərəfi qaz xəttində qəza olduğunu bildirib. İrandan gələn təbii qazda da müəyyən problemlər var. Vətəndaşlarımız qazla bağlı heç bir problem yaşamayacaqlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.