ABŞ-ın təklifi ilə Taylandda bir çox Asiya ölkəsinin də iştirakıyla birgə hərbi təlimlər keçiriləcək
07-02-2012 / 15:32
FaktXeber.com-un verdiyi məlumata görə, Asiyanın cənubunda 31-ci dəfə təşkil edilən "Qızıl Gözlü İlan-2012" manevrinə ABŞ və Taylanddan başqa Sinqapur, Yaponiya, Cənubi Koreya, İndoneziya və Malayziya da aktiv şəkildə qoşulacaq.
Ümumilikdə 13 min əsgərin iştirakıyla keçirilən təlimlərin indiyə qədər bölgədə təşkil edilən ən genişmiqyaslı hərbi təlim olduğu bildirilir.
Mütəxəssislər, ABŞ-ın Qərbi Sakit okeanda əsgər sayını artırması və bunun ardınca təşkil edilən təlimlərdə hədəfin Çinə güc nümayişi etmək olduğunu söyləyirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.