Rəsmi Pekin Suriyada problemin bitməsi üçün müzakirələrin aparılması məqsədiylə nümayəndə göndərməyi düşündüklərini açıqlayıb
07-02-2012 / 15:19
FaktXeber.com-un verdiyi məlumata görə, Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Liu Veymin, Çinin Suriyadakı hadisələrin dialoqla həll edilməsini istədiyini təkrarlayaraq, Pekin rəhbərliyinin Suriyadakı böhranın siyasi yollarla həlli üçün Qərbi Asiya və Şimali Afrika ölkələrinin də daxil olduğu bir nümayəndə heyəti göndərməyi düşündüyünü açıqlayıb.
Qeyd edək ki, Çin, BMT-nin Suriya mövzusundakı qərarıyla əlaqədar vetosunu müdafiə etmiş və ölkələrin Suriyaya müdaxilə qərarının problemlərin həllinə yarım etməyəcəyini söyləmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.