Cobsun fotoşəkiliylə birlikdə satışa təqdim edilən məhsulun üzərində çincə yazı yazılıb
07-02-2012 / 15:18
FaktXeber.com xəbər verir ki, Steven Cobs dünyasını dəyişəndən sonra dünyanın müxtəlif ölkələrində anılıb, xatirəsinə abidələr ucaldılıb. Lakin ötən gün satışa çıxarılan iFeng 4 s adlı saç feni, bu günə qədər Steven Cobs üçün ən yaxşı hədiyyədir. 15 dollar satılan iFeng 4 s feni, üzərində yazılmış "Steve Jobs 1955-2011" sözləri ilə alıcıların diqqətini cəlb edib. "TMall" saytında Cobsun fotoşəkiliylə birlikdə satışa təqdim edilən məhsulun üzərində çincə yazı yazılıb.
Qeyd edək ki, Çin şirkətləri orginal malların "kopya"sını satışa çıxarmaqla məşhurdur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.