Onlar bu sahəyə dövlət büdcəsindən ayrılan maliyyənin dayandırılmasını istəyirlər
07-02-2012 / 15:10
İngiltərədə imza toplayan 100-ə qədər mühafizəkar partiyadan olan parlament üzvü külək enerjisi istehsalının əsasını təşkil edən turbinlərə verilən dövlət dəstəyinin kəsilməsi çağırışını ediblər.
FaktXeber.com-un verdiyi məlumata görə, parlament üzvləri turbinlərin qurulacağı yerlərdə yaşayanların bu qərara etiraz etmələrinin də asanlaşdırılması təklifini səsləndiriblər.
Vəkillər, digər partiyalardan olan bəzi parlament üzvlərinin də dəstək verdiyi təklif çərçivəsində baş nazirə göndərdikləri məktubda, iqtisadiyyatın çətin dövründə bu cür sərmayələrə pul ayrılmasının nə dərəcədə yerində olmasını sual edirlər.
Ancaq hökumət nümayəndələri çoxlu sayda külək turbininin yerləşdiyi təsərrüfatların xərc baxımından qazanclı olduğunu və İngiltərədəki enerji istehsalı müxtəlifliyinin bir parçasını yaratdığını bildirirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.