İCTİMAİ PALATA HƏBS OLUNANLARLA BAĞLI BƏYANAT VERİB
İctimai Palata 2 aprel aksiyası ilə əlaqədar həbs olunanlarla bağlı bəyanat yayıb
07-02-2012 / 14:57
İP-dən FaktXeber.com-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, bu qanunsuz və ədalətsiz hökmlər hakimiyyət tərəfindən insanlara mənəvi təzyiqi həyata keçirən repressiya metodu olduğunu nəzərə alan ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır, günahsız insanların dərhal azad olunması tələb edilir.
Xatırladaq ki, məhkəmələrin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il, Elnur Məcidli 2 il, Şahin Həsənli 2 il, Vidadi İsgəndərli 3 il və bloger Bəxtiyar Hacıyev 2 il azadlıqdan məhrum ediliblər.
Çıxarılan hökmlərlə əlaqədar apellyasiya şikayətinə baxılan zaman 15 nəfərin hökmü olduğu kimi saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.