RUSİYADAN AVROPAYA İXRAC EDİLƏN QAZIN HƏCMİ BƏRPA EDİLDİ
Müqavilədə nəzərdə tutulan nəqlin bərpa olunduğunu söyləyən "Qazprom" səlahiyyətlisi, əlavə tələblərə hələlik müsbət cavab verə bilmədiklərini vurğulayıb
07-02-2012 / 14:50
Rusiyanın enerji nəhəngi "Qazprom" ötən həftə Avropaya nəql edilən qazın həcmində 10 fazi azalma olduğunu, ancaq hazırda bu problemin həll edildiyini açıqlayıb.
FaktXeber.com-un verdiyi məlumata görə, "Qazprom" rəhbərinin köməkçisi Andrey Kruqlov ötən həftə ümumiyyətlə qismən azalma olduğunu söyləyib və bunun da səbəbi kimi həddindən artıq soyuqlara görə artan təbii qaz tələbini göstərib.
Müqavilədə nəzərdə tutulan nəqlin bərpa olunduğunu söyləyən "Qazprom" səlahiyyətlisi, əlavə tələblərə hələlik müsbət cavab verə bilmədiklərini vurğulayıb.
"Qazprom" səlahiyyətlisi ötən ilə nisbətən gündəlik istehsalın 300-400 milyon kub metr artaraq 1,6 milyard kub metrə çatdığını bildirib.
Qeyd edək ki, Avstriya və Polşa da daxil olmaqla 9 Avropa ölkəsi təbii qaz alışlarında 30 faiz həcmində azalma olduğunu açıqlamışdı. "Qazprom Export" rəhbəri Aleksander Medvedyev isə problemin Ukraynadan qaynaqlandığını, tranzitin düzgün işləmədiyini söyləmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.