Azərbaycanda dövlət və vergi rüsumları mobil telefon vasitəsilə də ödəniləcək
07-02-2012 / 14:27
Bu gün Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatına start verib, bu, yerli məhdud məsuliyyətli investisiya cəmiyyətlərini əhatə edir.
FaktXeber.com-un verdiyi məlumata görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
O deyib: "Hüquqi şəxslərin elektron qeydiyyatı ölkədə kommersiya hüquqi şəxslərin təqribən 85%-ni əhatə edir. Digər birgə müəssisələr və xarici vətəndaşlar tərəfindən təsis olunan müəssisələr də yaxın gələcəkdə elektron qeydiyyatından keçəcəklər. Hazırda bu məsələ üzrə işlər aparırıq".
S.Ələkbərov bildirib ki, bu gündən vergilər naziri Fazil Məmmədovun əmri ilə hüquqi və fiziki şəxslər tərəfindən dövlət və vergi rüsumlarını elektron şəkildə ödəmək mümkün olacaq. Dövlət rüsumları və vergilər istənilən yerdə internet vasitəsi ilə ödənilə bilər. Biz yaxın zamanlarda vergi ödəyicilərinə mobil telefon vasitəsilə də ödənilməsini həyata keçirmək üçün müvafiq işlər görürük. Yaxın zamanlarda bu işlər başa çatdırılacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.