Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı bir stol arxasında oturub dialoq aparmaqdan qorxurlar. Ona görə də bu gün dialoq haqqında söhbətlər yox, konkret addımlar atılmalıdır"
07-02-2012 / 13:42
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov iqtidar-müxalifət dialoqu ilə bağlı açıqlama verib. O, bildirib ki, YAP Azərbaycanın taleyi, ümumi məsələləri ilə bağlı dialoq aparmağa həmişə hazırdır.
Novruzovun fikirlərində nə dərəcədə səmimi olması ilə bağlı FaktXeber.com-a açıqlama verən AXCP-nin sədr müavini Nurəddin Məmmədli, qarşı tərəfin heç bir zaman səmimi olmadığını bildirdi: “Novruzovun dediklərinin Azərbaycanın idarəçiliyinə heç bir aidiyyəti yoxdur. Bu cür məsələləri daima iqtidarın vəziyyəti ağır olanda, ayrı-ayrı YAP funksionerləri söyləyirlər.”
Dialoq məsələsinin uzun illərdir müzakirə obyektinə çevrildiyini söyləyən Nurəddin bəy, “bütün dünyada olan problemlərin dialoqla həll olunmasına heç kim şübhə etmir. Lakin Azərbaycan iqtidarı daima dialoqdan qaçır. İqtidarımız müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı bir stol arxasında oturub dialoq aparmaqdan qorxurlar. Ona görə də, bu gün dialoq haqqında söhbətlər yox, konkret addımlar atılmalıdır.”
Sonda AXCP funksioneri bildirdi ki, dialoqa məsul olan hakimiyyət nümayəndələri bu istiqamətdə müsbətə doğru hər hansı bir addımlar atsalar, müxalifətdə dialoqlar aparmağa razı olacaq: “Heç bir şərt qoymadan, canlı efir vasitəsilə istənilən iqtidar nümayəndəsi ilə danışıqlar aparmağa hazırıq.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.