Dünən gecə bu ölkədə şaxtanın 35 dərəcəyə qalxdığı bildirilir
07-02-2012 / 13:13
FaktXeber.com-un verdiyi məlumata görə, İsveçrənin meteorologiya idarəsi ölkənin şərq ərazilərində yerləşən Qrisons kantonundakı (bəzi ölkələrdə inzibati ərazi bölgüsü - red.) Samedanda 35 dərəcə şaxtayla bu ilin yeni soyuq hava rekordunun qeydə alındığını açıqlayıb.
Neuchatel kantonundakı Brevine qəsəbəsində isə temperatur -27.6 dərəcə olub.
Brevine, 1987-ci ildə ölçülən 41.8 dərəcə şaxtayla ölkə tarixindəki soyuq hava rekordunu əlində saxlayır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.