Çin ölkəsindəki hava yolu şirkətlərinə Avropa Birliyinin tətbiq etdiyi karbon vergisini ödəməyi qadağan edib
07-02-2012 / 13:03
FaktXeber.com-un verdiyi məlumata görə, Çin mülki Aviasiya İdarəsi Avropa Birliyi tərəfindən tətbiq olunan karbon qazı tullantıları ilə bağlı verginin Çinin hava yolu şirkətlərinin ödəməsinə icazə verilməyəcəyini və qiymət artımlarının da hökumətin icazəsi olmadan tətbiq edilməyəcəyini açıqlayıb.
Verilən açıqlamada bu qərarın Çin Dövlət Şurası tərəfindən verildiyi və Çindəki bütün hava yolu şirkətlərinə aid edildiyi bildirilir.
Avropa Birliyinin qüvvəyə minəcək sisteminə görə, AB-yə girən və çıxan hava yolu şirkətlərinin hər təyyarə üçün vergi ödəməsi nəzərdə tutulur. Bu sistemin qüvvəyə minəcəyi təqdirdə, biletlərin də qiymətlərində artım olacağı təxmin edilir.
Açıqlamada, AB-nin hava yolu şirkətlərinə bu cür vergi tətbiqinə Çinin açıq şəkildə etiraz etdiyi bildirilir.
Əlavə olaraq, Çinin fərdlərin və şirkətlərin mənfəətlərini qorumaq üçün lazımlı tədbirlər görəcəyi vurğulanır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.