ABŞ VƏ ƏRƏB BİRLİYİ SURİYADA TERROR ƏMƏLİYYATLARINI ARTIRMAĞA QƏRAR VERİB
Əsəd hakimiyyətini diktatura sayan ABŞ digər diktatorlara qoşularaq yenə ikili standartlarla fəaliyyət göstərir
07-02-2012 / 13:03
FaktXeber.com-un verdiyi məlumata görə, bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasında Ərəb Birliyi tərəfindən Suriyaya qarşı hazırlanan qətnaməyə Rusiya və Çin haqlı olaraq veto qoyduqdan sonra ABŞ və regionun digər diktatura rejimləri bu ölkəyə qarşı sərt addımlar atmağa qərar veriblər. ABŞ xarici işlər naziri Hillari Klintonla görüşən Qətərin xarici işlər naziri Həmd bin Casim yeni planlar barədə müzakirələr aparıblar. Görüşdə xüsusilə iki istiqamətdə yəni Suriya müxalifəti kimi tanınan yeni şuranı rəsmən tanımaq, digər tərəfdən isə bu ölkədə terrorçuluq əməliyyatlarının artırılmasına qərar verilib. Artıq bu görüş öz təsirlərini göztərməkdədir. Terrorçular Suriyanın Resten şəhərində məscidə sığınan insanları diri-diri yandırıblar. Bundan əlavə onlar Homs şəhər xəstəxanasını raket atəşinə tutublar. Əz-zibdani şəhərində ağır çaplı silahlarla hücum edən terrorçular onlarla Suriya əsgərini qətliam ediblər.
Bu arada Qətərin xarici işlər naziri maraqlı bir açıqlama verib. “Əl-hivar” agentliyinin verdiyi məlumata görə, Həmd bin Casim Ərəb Birliyində olan bəzi ölkələr və şəxsiyyətlərin Suriyaya qarşı mövqe bildirmələri üçün onlardan rüşvət istədiklərini dilə gətirib.
Suriya höküməti də terrorçularla mübarizədə öz səylərin artırıb. Aparılan əməliyyatlar nəticəsində Qətər və Ərəbistanın bu ölkədə fəaliyyət göstərən onlarla casusu ifşa edilərək həbs olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.