Yunanıstanda ictimai və özəl sektorda işləyənlər hökumətin yeni yardım qarşılığında Avropa Birliyi (AB), Avropa Mərkəz Bankı (ECB) və Beynəlxalq Valyuta Fondunun (BVF) istəklərinə cavab olaraq hazırladığı əlavə tədbirlərə etiraz məqsədiylə 24 saatlıq tətil qərarı veriblər.
FaktXeber.com-un məlumatına görə, Yunanıstan İşçi Konfederasiyası (GSEE) və Yunanıstan Kommunal Təsərrüfat İşçiləri Konfederasiyasından (ADEDY) verilən birgə açıqlamada, ölkədəki bütün işçilər hökumətin Avropa üçlüyü ilə birlikdə ortaya atılan yeni tədbirlər fırtınasına qarşı mübarizəyə çağırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.