İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ
07-02-2012 / 11:47
FaktXeber.com-un verdiyi məlumata görə, İtaliyanın qərbindəki Toscana bölgəsinin sahillərində qayalara çırpılaraq batan "Costa Concordia" gəmisinin kapitanı Francseco Schettino üçün 2 min 697 il həbs cəzası istənilib.
"Il Messaggero" qəzetindəki xəbərdə bildirilir ki, gəmi kapitanına bu qədər həbs cəzası istənilməsinə səbəb isə aşağıdakı cinayətləridir.
1. Birdən çox insanın ölümünə səbəb olduğu üçün 15 il;
2. Gəmi qəzası üçün 10 il;
3. Ölən hər bir sərnişin üçün 8 il;
4. Gəmini insan olduğu halda tərk etməsi və səbəb olduğu digər hadisələr.
Grosetto Prokurorluğunun hər sərnişin üçün hesablamaları ayrı-ayrı apardığı və bu sayın Florensiya Məhkəməsinə təqdim edilən 12 səhifəlik ilkin hesabatda yer aldığı bildirilir.
Prokurorluq həmçinin kapitanın qaçma riskini də nəzərə alaraq nəzarətdə saxlanılmasını tələb edib və ev dustaqlığı əvəzinə həbsxanaya göndərilməsi tələbini yenidən səsləndirib.
Qeyd edək ki, "Costa Concordia" adlı səyahət gəmisi 4234 sərnişinlə 13 yanvar tarixində yerli vaxtla saat 19.00-da Romanın qərbindəki Civitavecchia şəhərindən şimal-qərbdəki Savona şəhərinə doğru səfərə çıxıb. Yerli vaxtla saat 21.42-də Toskana bölgəsi sahillərindəki Giglio adası sahillərində qayaya çırpılaraq batmışdı. Gəmi hələ də adanın yaxınlığında yarısı batıq şəkildə durur. Hava şəraiti hər hansı bir əməliyyat həyata keçirməyə imkan vermir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.