"İdmanın Oscarları" kimi tanınan Laureus İdman Mükafatları sahiblərinə qovuşub
07-02-2012 / 11:31
FaktXeber.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən mərasimdə, idmanda 2011-ci ilin ən yaxşıları mükafatlarına qovuşub. 2011-ci ildə dünyanın ən yaxşı kişi və qadın idmançıları adına serbiyalı tennisçi Novak Cokoviçlə norveçli xizəksürən Marit Byorqen layiq görülüb. Keniyalı uzun məsafəyə qaçış üzrə Vivian Çeruiot isə ilin qadın idmançısı mükafatına layiq görülüb.
2011-ci ildə kariyerasının ən uğurlu ilini yaşayan Novak Cokoviç, Avstraliya Açıq, Wimbledon və Amerika Açıq tenis turnirlərində qəlbə qazanaraq, dünya reytinqdə birinci olub. O, ispaniyalı rəqibi Rafael Nadalı geridə qoyub.
Cənubi Koreyanın Daequ şəhərində keçirilən dünya çempionatında uzun məsafəyə qaçış üzrə qızıl medal qazanan keniyalı qadın atlet Vivian Çeruiyot 2011-ci ilin qadın idmançısı seçilib.
Sorğu 82 ölkənin 379 yazarı arasında aparılıb. Cokoviç argentinalı futbolçu Lionel Messini qabaqlayıb. Üçüncü yeri yamaykalı sprinter Useyn Bolt tutub. Ötən il də ən yaxşı kişi idmançı tennisçi olub. Lakin o, ispaniyalı Rafael Nadal idi.
Byorqen isə qadın idmançılardan keniyalı uzun məsafəyə qaçış ustası Vivian Çeruyotu üstələyib. İtaliyalı üzgüçü Federika Pelleqrini üçüncü olub.
İlin komandası adına İspaniya “Barselona”sı sahib olub. “Barsa” sorğuda reqbi üzrə Yeni Zelandiya yığmasını və voleybol üzrə Braziliya millisini arxada qoyub.
İlin çıxışı mükafatını isə qolfçu Rori Maklari əldə edib.
Qeyd edək ki, Novak Cokoviç 2011-ci ildə bir çox turnirin qalibi olub, bir neçə rekord müəyyənləşdirib və mövsümü dünya reytinqində birinci pillədə başa vurub. Marit Byorqen dünya çempionatında 4 qızıl, 1 gümüş medal qazanıb. “Barselona” isə İspaniya çempionluğu, Çempionlar Liqası və dünya çempionluğu əldə edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.