QƏRBƏ MEYDAN OXUDU: TÜRKİYƏNİN NAZİRİNİ HƏBS EDƏCƏK GÜC TANIMIRAM
Egemen Bağış: "Lazım olsa Davosa gedərəm, eyni sözləri yenə söyləyərəm"
07-02-2012 / 11:16
FaktXeber.com xəbər verir ki, Sürixdə "erməni soyqırımı yoxdur" deyən türkiyəli nazir Egemen Bağış haqqında ilkin istintaq başalnılıb. Barəsində aparılan istintaq işlərinə münasibət bildirən türkiyəli nazir Egemen Bağış qeyd edib ki, bu cür addımlar bizim üçün yox hökmündədir. Türkiyə cümhuriyyətinin hər hansı bir nazirini həbs edəcək bir güc tanımıram. Lazım olsa Davosa gedərəm, eyni sözləri yenə söyləyərəm.
Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağış hava limanında istintaq ilə əlaqədar jurnalistlərə açıqlama verib:
''1915-ci ildə baş verənlər soyqırım deyil bunu həmişə söyləyəcəyəm. Bu cür addımlar bizim üçün yox hökmündədir. Türkiyə cümhuriyyətinin hər hansı bir nazirini həbs edəcək güc tanımıram. Əlində sənədi, məlumatı olan buyursun. Tarixçilər bunu araşdırsın. Mən siyasətçiyəm. Siyasətçinin vəzifəsi keçmişi, tarixi təyin etmək deyil. Keçmişin müzakirəsini tarixçilər etməlidir. Dünyadakı arxivlər açılsın. Tarixçilər müzakirə etsin. Mənim əldə etdiyim məlumatlara görə soyqırım olmayıb. İsveçrə AB üzvüdür. İsveçrənin qərarı AB-nin qərarı deyil. Lazım olsa Davosa gedərəm, eyni sözləri yenə söyləyərəm."
Qeyd edək ki, Sürix prokuroru Kristin Braunsçveiq “Doğan” xəbər agentliyinə açıqlamasında bildirib ki, ötə həftə bizə bu mövzuda şikayət ərizəsi daxil olub. Ərizədə Egemen Bağışın İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinə (irqçilik) zidd davrandığı bildirilirib. Biz bu ittihamı ciddi qəbul edərək ilkin təhqiqat aparmağa qərar verdik. İstintaq qrupu Egemen Bağışın şikayət ərizəsində qeyd olunan ifadələri söyləyib-söyləmədiyini araşdıracağıq. Onun diplomatik toxunulmazlığa sahib olub-olmadığını müəyyənləşdirəcək. Bu araşdırmalar nəticəsində qanuna zidd davranış müəyyən edilərsə və onun diplomatik toxunulmazlığı yoxdursa, barəsində cinayət işi açacağıq”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.