JİRİNOVSKİNİN EŞŞƏK QAMÇILADIĞI REKLAM ROLİKİ ƏN ÇOX İZLƏNİLƏNLƏR SIRASINDADIR
O, eşşəyi Rusiyanın simvolu kimi xarakterizə edir
07-02-2012 / 11:07
Rusiyada mrtın 4-də keçiriləcək prezident seçkilərindən əvvəl namizədlər arasında rəqabət getdikcə artır. Rusiyanın baş naziri Vladimir Putinin ilk turda seçilməsinin qəti görünməsinə baxmayaraq, digər dörd müxalif namizəd ikinci yer üçün öz aralarında yarışır.
FaktXeber.com-un verdiyi məlumata görə, bu sırada ən çox fəallıq göstərən isə Jirinovskidir. Açıq iclaslarda mübahisə etdiyi insanların üzərinə su atan, lazım olduqda təpik-yumruq istifadə edən radikal sağçı lider Vladimir Jirinovskinin reklam roliki internetdə ən çox izlənilənlər sırasındadır.
Paytaxt Moskvanın kənarında eşşəyin çəkdiyi xizəyə minən Jirinovski, bir tərəfdən qışqırır, bir tərəfdən də eşşəyə qamçı vurur. Qara eşşəyi "Rusiya" kimi simvollaşdıran Jirinovski, özünü də bu eşşəyi istifadə edə biləcək "usta" kimi təsvir edib. Eşşəyi dayanmadan qamçılayan Jirinovskiyə görə, ölkə ancaq bu şəkildə ayağa qalxar və yüksələr.
Reklam filmində qışqıra-qışqıra danışan Jirinovski, "bu gün nə hala düşdük. Gördüyünüz bu yaramaz kiçik eşşək ölkəmizin simvoludur. Əgər mən prezident olsam, yenidən cəsur üçlük atlar olacaq" deyir. Qamçını eşşəyə olduqca bərk vuran Jirinovski, "Get! Çox ağır hərəkət edir! Gedə bilmir! Bütün ölkə yerində dayanıb! Get!.." deyərək heyvanı hərəkətə məcbur edir. Reklam çarxının sonunda "Jirinovski və gözəl olacaq!" şüarı ekrana gəlir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.