ABŞ Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini bağlayıb
07-02-2012 / 10:27
FaktXeber.com "CNN"istinadən xəbər verir ki, ABŞ Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini bağlayıb. ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Dəməşq səfiri Robert Ford və digər 17 diplomat Suriyadan çıxarılıb. ABŞ-dan sonra İngiltərə də Suriyadakı səfirini geri çağırıb.
Nazirlik rəsmiləri, Robert Fordun bu gün suriyalı rəsmilərini ölkədən ayrılacağı barədə məlumatlandırıb.
Xarici işlər nazirliyi sözcüsü Viktoria Nuland verdiyi yazılı açıqlamada bildirib ki, Ford Suriya müxalifətiylə əlaqələrini davam etdirəcək.
Bundan əlavə Böyük Britaniya da Dəməşqdəki səfirini geri çağırıb.
Birləşmiş Krallığın XİN rəhbəri Uilyam Heyq səfirin məsləhətləşmələr üçün geri çağırıldığını bildirib.
Eyni zamanda, Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılan Suriyanın Londondakı səfirinə, ölkədə baş verən zorakılıqla bağlı rəsmi Londonun etirazı bildirilib.
Məsləhətləşmələr üçün səfirini Dəməşqdən geri çağırmış digər bir dövlət isə, Belçika olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.