FHN ilə "bp" şirkəti arasında fövqəladə halların qarşısının alınması sahəsində Qarşılıqlı Fəaliyyət Planı" imzalanıb
07-02-2012 / 10:10
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "bp" şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir ilə görüşüb. FaktXeber.com nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə K.Heydərov Fövqəladə Hallar Nazirliyi (FHN) və "bp" şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib, gələcəkdə görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirib.
Rəşid Cavanşir "bp" şirkətinin FHN ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib və bu cür görüşlərin, əlaqələrin genişlənməsi üçün geniş imkanlar açacağına ümid etdiyini diqqətə çatdırıb.
Görüşdə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və "bp" şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Qarşılıqlı Fəaliyyət Planı” imzalanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.