|
Bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan FaktXeber.com-a verilən məlumata görə, axşama doğru küləyin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Temperatur gecə və gündüz 0-3° şaxta, axşama doğru 5° şaxta olacaq. Bakıda gecə və gündüz 0-3° şaxta, axşama doğru 5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Temperaturun gecə 13-18° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperaturun gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında qar yağacağı gözlənilir. Temperaturun gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 16-21° şaxta, gündüz 5-10° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı gözlənilir. Temperatur gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-2° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Kəskin hava şəraiti haqqında xəbərdarlıq: Bu gün hava şəraitinin yenidən qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, çovğunlu olacağı gözlənilir. Fevralın 7-dən 8-nə, 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında 6-10° şaxta, gündüz 3-5° şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaqdır. Azərbaycanın rayonlarında fevralın 7-si axşam yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, 8-də güclü olacağı ehtimalı vardır. Şaxtanın yenidən güclənəcəyi, aran rayonlarında gecə 4-7° şaxta, gündüz 0-4° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 8-13° şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoz: Fevralın 7-dən 9-u səhərədək Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi gözlənilir. Güclü xəzri küləyi fonunda qarlı, bərk şaxtalı, çovğunlu meteoroloji şərait meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Nərgiz Kazımlı
|