MİSİRDƏKİ FUTBOL OLAYINDA MOSSADIN ƏLİ OLDUĞU BİLDİRİLİR
Mossad bu əməliyyatı ölkədə sabitliyin pozulması üçün həyata keçirib
06-02-2012 / 19:15
FaktXeber.com-un Misirin “Əl-muhit” agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə gün öncə Misirdə futbol meydanında baş vermiş olay nəticəsində 80-a yaxın insan ölmüş, mindən artıq insansa yaralanmışdır. Misir təhlükəsizlik orqanlarından agentliyə sızdırılan məlumata görə, olayın arxasında xarici xüsusi xidmət orqanları və Mübarək rejimində çalışan bəzi məmurlar durur. İsrailin kəşfiyyat idarəsi sayılan Mossad başda olmaqla bəzi ərəb və Qərb ölkələrinin təhlükəsizlik orqanları sabiq Misir diktatorunun adamları ilə birgə bu planı həyata keçirməklə ölkədə sabitliyi pozmaqla öz siyasi məqsədlərinə çatmaq fikrindədirlər. Onlar, hazırda Misir hakimiyyətini idarə edən Hərbi Şuraya təzyiq göstərərək məsələnin araşdırılmaması tapşırığı veriblər.
Qeyd etmək lazımdır ki, bir müddət öncə “Mayspro Olayı” kimi tanınan hadisənin də məhz İsrail və Qərb tərəfindən hazırlanaraq həyata keçirildiyi bəlli olmuşdu. Sözügedən olayda Qahirədə yaşayan xristianlarla müsəlmanlar arasında baş vermiş qarşıdurmalar nəticəsində onlarala insan ölmüş və yaralanmışdı. O, zaman da Hərbi Şura bəlli olamayan səbəblərə görə məsələni ört-basdır etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.